İdman

İspaniya millisi kuboku başı üzərinə qaldırdı

20 Jul 2026, 02:48 25 baxış
İspaniya millisi kuboku başı üzərinə qaldırdı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının qalibi olan İspaniya millisi mükafatlandırılıb.


Axar.az xəbər verir ki, dünya çempionlarına qızıl medalları və kuboku ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino təqdim ediblər.


Finalda uduzan Argentina yığması isə gümüş medallarla mükafatlandırılıb.


Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentinaya 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər