İdman
Dünya çempionatının finalında şok statistika: Rekord yeniləndi
Argentina və İspaniya milliləri dünya çempionatının finalında ilk hissədə məhsuldarlıq baxımından antirekorda imza atıblar. Oxu.Az xəbər verir ki, komandalar ilk 45 dəqiqə ərzində qapı istiqamətinə cəmi üç dəqiq zərbə endirərək dünya çempionatları tarixinin final oyunlarında bu göstərici üzrə ən zəif nəticəni qeydə alıblar. Bununla da 2014-cü ildə keçirilən Argentina - Almaniya və 2022-ci ildə baş tutan Argentina - Fransa finallarına məxsus rekord yenilənib. Həmin qarşılaşmaların hər birində komandalar birlikdə qapıya altı dəqiq zərbə vurmuşdular. Qeyd edək ki, İspaniya - Argentina finalının ilk hissəsi qolsuz bərabərliklə (0:0) başa çatıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər