İdman

Onur Quluzadə Azərbaycan stolüstü tennisi tarixində ilkə imza atdı

20 Jul 2026, 01:00 2 baxış
Onur Quluzadə Azərbaycan stolüstü tennisi tarixində ilkə imza atdı
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində tarixi uğur qazanıb. Oxu.Az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində təşkil olunan yarışın qoşa növündə türkiyəli tərəfdaşı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur Quluzadə yarımfinala yüksələrək bürünc medal qazanıb. Bu nəticə ilə Onur Quluzadə müstəqillik dövründə Avropa birinciliyində medal qazanan ilk azərbaycanlı stolüstü tennisçi kimi tarixə düşüb. Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal dueti yarımfinal görüşündə Avstriya-İspaniya tandemini təmsil edən Luis Fegerl və Ladimir Mayorova 2:3 hesabı ilə məğlub olaraq turniri bürünc medalla başa vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər