İdman

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

19 Jul 2026, 23:24 26 baxış
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final oyununa çıxıb. Oxu.Az xəbər verir ki, yığmamız həlledici qarşılaşmada Latviya millisini 4:0 hesabı ilə məğlub edib. Azərbaycan millisinin qollarını Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar. Bu qələbə sayəsində yığmamız EBSL-in B Liqasının qalibi olub. Komanda eyni zamanda Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları arasında mübarizə aparmaq hüququ qazanıb. Azərbaycan millisi turnir boyu uğurlu çıxışı ilə diqqət çəkərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər