İdman

26 yaşlı məşhur boksçu faciəli şəkildə həlak oldu

19 Jul 2026, 22:58 4 baxış
26 yaşlı məşhur boksçu faciəli şəkildə həlak oldu
Dünya Boks Şurasının (WBC) versiyası üzrə dünya çempionluğu tituluna keçmiş iddiaçı, amerikalı boksçu Hanna Rapp avtomobil qəzası nəticəsində həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb. Məlumata görə, ABŞ-nin Texas ştatında velosiped sürən 26 yaşlı idmançını avtomobil vurub. Hadisədən sonra avtomobilin sürücüsü saxlanılıb. Ona ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürülüb. Hanna Rapp peşəkar karyerası ərzində 10 döyüş keçirib. O, bu qarşılaşmaların səkkizində qələbə qazanıb, birində məğlub olub, bir döyüşü isə heç-heçə başa çatıb. Amerikalı boksçu bu ilin iyun ayında WBC versiyası üzrə dünya çempionluğu uğrunda keçirilən görüşdə Tayara Brauna məğlub olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər