İdman

Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

19 Jul 2026, 20:50 2 baxış
Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

Azərbaycanlı FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.


Axar.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda iş başında olacaq.


Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) matçını idarə edəcək.


O, həm də "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" komandasında qarşı keçirəcəyi matçın ehtiyat hakimidir.


Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-də reallaşacaq görüşdə yan xətt hakimi funksiyasını yerinə yetirəcək.


Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər