Siyasət

Ayaz Mirzəyev: "Şuşa Forumu tipli tədbirlər ölkənin beynəlxalq məkanda tərəfdaş kimi rolunu gücləndirir"

13 Jul 2026, 15:37 1 baxış
Ayaz Mirzəyev: "Şuşa Forumu tipli tədbirlər ölkənin beynəlxalq məkanda tərəfdaş kimi rolunu gücləndirir"
"IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, müasir dünyada informasiya təhlükəsizliyi, həqiqətin qorunması və media diplomatiyası beynəlxalq gündəliyin əsas məsələlərindən biridir". Oxu.Az xəbər verir ki, bunu "Report"a forumun iştirakçısı, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.
O qeyd edib ki, forumun mövzusu - "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" - təsadüfi seçilməyib: "Bu gün dünyada baş verən informasiya müharibələri fonunda medianın məsuliyyəti əvvəlkindən daha böyükdür. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər də məhz bu reallıqları əhatə edirdi". Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanın regionda davamlı sülhün tərəfdarı olduğunu, bunun üçün siyasi iradə nümayiş etdirdiyini, eyni zamanda dezinformasiyaya qarşı obyektiv və faktlara əsaslanan jurnalistikanın əhəmiyyətini xüsusi vurğulayıb: "Prezidentin suallara açıq və ətraflı cavab verməsi beynəlxalq media nümayəndələrinin birbaşa məlumat əldə etməsinə, müxtəlif mövzular üzrə Azərbaycanın mövqeyini ilkin mənbədən dinləməsinə imkan yaratdı. Bu, şəffaflıq və açıq dialoq baxımından forumun ən mühüm xüsusiyyətlərindən biridir". A.Mirzəyevin fikrincə, IV Şuşa Qlobal Media Forumunun əsas mesajı ondan ibarətdir ki, media yalnız hadisələri işıqlandıran institut deyil, həm də etimadın qurulmasına, dezinformasiyanın qarşısının alınmasına və xalqlar arasında dialoqun inkişafına töhfə verən mühüm platformadır: "Forumun əsas nəticələri isə beynəlxalq media əməkdaşlığının genişlənməsi, jurnalistlər arasında yeni tərəfdaşlıqların yaranması, informasiya mühitində qarşılıqlı etimadın möhkəmləndirilməsi və süni intellekt dövründə peşəkar jurnalistikanın roluna dair ortaq yanaşmaların formalaşması olacaq. Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal media dialoqunun nüfuzlu platformalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirir". Forum iştirakçısı bəyan edib ki, belə tədbirlər Azərbaycanın beynəlxalq informasiya məkanında etibarlı tərəfdaş kimi rolunu gücləndirir, ölkəmizin həqiqətlərinin birbaşa dünya mediasına çatdırılması və media diplomatiyasının inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Ayaz Mirzəyev: "Şuşa Forumu tipli tədbirlər ölkənin beynəlxalq məkanda tərəfdaş kimi rolunu gücləndirir" Ayaz Mirzəyev: "Şuşa Forumu tipli tədbirlər ölkənin beynəlxalq məkanda tərəfdaş kimi rolunu gücləndirir"
Mənbə oxu.az

Oxşar Xəbərlər