Siyasət

Dennis Yu: "Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir"

13 Jul 2026, 13:17 20 baxış
Dennis Yu: "Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir"
"Azərbaycanın nə qədər böyük bir yol qət etməsi həqiqətən heyranedicidir". Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, "BlitzMetrics"in rəhbəri Dennis Yu deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin mediada açıqlıq və şəffaflıqla bağlı dəyərləri nümayiş etdirməsi, hamımızı bura dəvət etməsi bunun bariz nümunəsidir: "Bu, mənim bura ikinci gəlişimdir. Məncə, hadisələri yerindəcə təcrübə etməkdən daha yaxşı heç nə ola bilməz". O, Qarabağa səfərinə diqqət çəkib: "Qarabağ bölgəsində olmaq, bütün cəmiyyətin yenidən qurulduğunu görmək möhtəşəmdir. Biz məktəbləri, hava limanını, yaşayış məntəqələrini gəzdik. Məncə, Azərbaycanın nə qədər böyük bir yol qət etməsi həqiqətən heyranedicidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər