Siyasət

NATO-nun Ankara sammitində qəbul edilən qərarlar qlobal təhlükəsizlik sistemini necə dəyişir? - VİDEO

13 Jul 2026, 01:24 1 baxış
NATO-nun Ankara sammitində qəbul edilən qərarlar qlobal təhlükəsizlik sistemini necə dəyişir? - VİDEO
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb.

NATO-nun Ankara sammitində qəbul edilən qərarlar, alyansın Rusiyaya qarşı uzunmüddətli hərbi strategiyası və Avropanın ABŞ-dən asılılığını azaltmaq cəhdləri qlobal təhlükəsizlik sistemini necə dəyişir? Ukraynaya ayrılması planlaşdırılan milyardlarla dollarlıq dəstək, "Patriot" raketlərinin istehsalı və süni intellekt əsaslı hərbi sistemlərin tətbiqi müharibənin daha neçə il davam edə biləcəyini göstərir? Azərbaycanın da qoşulduğu "Drone Deal" layihəsi Ukraynanı hərbi yardım alan ölkədən qlobal texnologiya və təhlükəsizlik ixracatçısına necə çevirir? ABŞ-İran münasibətlərində yenidən artan gərginlik, Hörmüz boğazı ətrafında qarşılıqlı zərbələr və Donald Trampa qarşı mümkün sui-qəsd iddiaları Yaxın Şərqdə yeni müharibəyə səbəb ola bilərmi? İranın şimalındakı mühüm logistika körpüsünün vurulması, Çin və Rusiyanın nəqliyyat xətlərinə təzyiq, eləcə də TRIPP və Zəngəzur dəhlizinin artan əhəmiyyəti regionun geoiqtisadi xəritəsini necə dəyişir? Verilişdə bu və digər suallara aydınlıq gətirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər