Siyasət

Yevgeniya Drumeva: "IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir"

12 Jul 2026, 23:08 1 baxış
Yevgeniya Drumeva: "IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir"
"Builki IV Şuşa Qlobal Media Forumunun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" adlı mövzusu çox vacibdir". Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu forumun iştirakçısı, Bolqarıstan Teleqraf Agentliyinin (BTA) direktor müavini Yevgeniya Drumeva deyib. Onun sözlərinə görə, bundan əvvəl də o, Şuşa Media Forumunda iştirak edib: "Bu gün mən Qarabağa yenidən səfər etmişəm. İndi bura tamamilə fərqlidir. Biz Şuşada Qarabağ küçəsində olduq. Bura, binalar, yenidənqurma və bərpa işləri möhtəşəmdir". Y.Drumeva IV Şuşa Qlobal Media Forumunun builki mövzusunun mühüm önəm daşıdığını diqqətə çatdırıb: "Çox vacib mövzudur. Ümid edirəm ki, forumda biz maraqlı fikirlər, çıxışlar eşidəcəyik".
Yevgeniya Drumeva: "IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir"
Mənbə oxu.az

Oxşar Xəbərlər