Siyasət

BTQ Afrika ölkəsinin dövlət qurumu ilə ilk memorandumu imzaladı

11 Jul 2026, 13:08 34 baxış
BTQ Afrika ölkəsinin dövlət qurumu ilə ilk memorandumu imzaladı
Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Oxu.Az xəbər verir ki, imzalanma Bakıda "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub. Sənədi BTQ-nin İcraçı Direktoru və INHEI-nin Baş direktoru Filippe Sandvıdı imzalayıb. Əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrikada yayılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq ölkələrin dövlət orqanları ilə də əməkdaşlığa başlayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər