Siyasət
Burkina-Faso rəsmisi: "BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik"
"Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan memorandum iki qurum arasında uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq". Oxu.Az xəbər verir ki, bunu Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun (INHEI) baş direktoru Filip Sandvidi BTQ ilə imzalanmış Anlaşma Memorandumundan sonra keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, imzalanan Anlaşma Memorandumu BTQ ilə əməkdaşlığın əsasını qoyur: "Bu sənəd əməkdaşlığımızın başlanğıcıdır. Hazırda diplomatik təlim və akademik sahədə birgə fəaliyyət nəzərdə tutulur. Gələcəkdə isə əməkdaşlığımızı digər istiqamətlər üzrə də genişləndirməyi planlaşdırırıq".
Mənbə
oxu.az
Oxşar Xəbərlər