Siyasət

Abbas Abbasov: "BTQ dekolonizasiya prosesinə ən mühüm töhfə verən təşkilatlardandır"

11 Jul 2026, 12:10 24 baxış
Abbas Abbasov: "BTQ dekolonizasiya prosesinə ən mühüm töhfə verən təşkilatlardandır"
"Son üç il ərzində beynəlxalq müstəvidə dekolonizasiya prosesinə ən mühüm töhfə vermiş tərəflərdən və təşkilatlardan biri məhz Bakı Təşəbbüs Qrupudur (BTQ)". Oxu.Az xəbər verir ki, bu fikirləri BTQ-nin icraçı direktoru Abbas Abbasov "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu fəaliyyət nəticəsində dünya ictimaiyyəti kolonial cinayətlər, kolonial siyasətin fəsadları və dekolonizasiya prosesinin gedişatı barədə daha çox maarifləndirilib: "Bu məsələni yalnız siyasi müstəvidə deyil, beynəlxalq təşkilatlar səviyyəsində də ictimaiyyətin diqqətinə çatdırmışıq. Bu gün BMT, BMT-nin institutları, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar dekolonizasiya ilə bağlı mühüm məsələləri gündəmə tez-tez gətirirlər". A.Abbasov bildirib ki, bu, onların təşkilatçılığı ilə sözügedən mövzuya həsr olunan ikinci beynəlxalq konfransdır: "İlk tədbirimiz 2024-cü ildə keçirilmişdi. Bugünkü beynəlxalq konfransda yerli və xarici media nümayəndələri iştirak edirlər. Burada fikir mübadiləsi aparılır. Düşünürəm ki, bu kimi fəaliyyət addımları gələcəkdə də dekolonizasiya prosesinə çox mühüm töhfə verəcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər