Siyasət

İtaliyali politoloq: "Azərbaycan etibarlı və strateji tərəfdaşdır, Fransa və Aİ bu yanaşmanı əsas götürməlidir"

10 Jul 2026, 17:00 2 baxış
İtaliyali politoloq: "Azərbaycan etibarlı və strateji tərəfdaşdır, Fransa və Aİ bu yanaşmanı əsas götürməlidir"
"Bazarların sabitləşməsini passiv şəkildə gözləmək nə Fransa, nə də Avropa üçün çıxış yoludur. Yaxın Şərqdə hərbi əməliyyatların dayanması Avropanın üzləşdiyi enerji həssaslığını aradan qaldırmır. Hazırda ehtiyatların təxminən 49% səviyyəsində olması və qiymətlərin iki dəfə artması bu reallığı açıq şəkildə göstərir. Bununla yanaşı, Moskvaya yenidən üz tutmaq və ya Pekin vasitəsilə dolayısı yollar axtarmaq həm geosiyasi, həm də iqtisadi baxımdan ciddi strateji səhv olardı". Bu sözləri Oxu.Az-a açıqlamasında italiyalı politoloq Dominico Letiza deyib.
O bildirib ki, Rusiya qazına yenidən arxalanmaq, istənilən formada və ya bəhanə altında belə, Avropanı davamlı strateji şantaj riski ilə üz-üzə qoymaq deməkdir: "Son illərin təcrübəsi açıq şəkildə göstərdi ki, enerji təhlükəsizliyini etibarsız tərəfdaşlardan ucuz qiymətə almaq mümkün deyil. Həqiqi həll keçmişə qayıdış deyil, vahid və dayanıqlı Avropa enerji strategiyasının sürətlə həyata keçirilməsidir. Bu strategiya üç əsas istiqaməti əhatə etməlidir: bazarlıq imkanlarını artırmaq üçün birgə qaz alışlarının təşkili, Avropadaxili enerji əlaqələndirmə infrastrukturuna genişmiqyaslı investisiyalar və ən başlıcası, etibarlılığını zamanla sübut etmiş strateji tərəfdaşlar vasitəsilə enerji təchizatı marşrutlarının təcili və dərin şəkildə şaxələndirilməsi". "Bu vəziyyətdən çıxış yolu güzəştlər deyil, etibarlı alternativlərin yaradılmasıdır. Belə bir alternativ isə artıq mövcuddur. İtaliyanın Azərbaycanla qurduğu strateji enerji əməkdaşlığı buna uğurlu nümunədir. Etibarlı və strateji tərəfdaş kimi Azərbaycan TAP (Trans-Adriatik Boru Kəməri) kimi mühüm enerji infrastrukturu vasitəsilə Bakı-Roma əməkdaşlığının davamlılığını təmin edib, enerji təhlükəsizliyinə geosiyasi sarsıntılar olmadan töhfə verib. Fransa və bütövlükdə Avropa İttifaqı bu yanaşmanı əsas götürməlidir. Azərbaycanla əlaqələrin daha da gücləndirilməsi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya geosiyasi qarşıdurma meydanı kimi deyil, tərəfdaş kimi yanaşan ölkələrlə uzunmüddətli enerji müqavilələrinin bağlanması strateji əhəmiyyət daşıyır", - deyə analitik əlavə edib.
İtaliyali politoloq: "Azərbaycan etibarlı və strateji tərəfdaşdır, Fransa və Aİ bu yanaşmanı əsas götürməlidir" İtaliyali politoloq: "Azərbaycan etibarlı və strateji tərəfdaşdır, Fransa və Aİ bu yanaşmanı əsas götürməlidir"
Mənbə oxu.az

Oxşar Xəbərlər