İdman

Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir

24 Jun 2026, 09:00 2 baxış
Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir
Futbol üzrə dünya çempionatının qrup mərhələsində həlledici - üçüncü tura start verilir. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda azarkeşləri bir-birindən gərgin və maraqlı idman mübarizəsi gözləyir. Turun ilk oyun günündə B qrupunda İsveçrə və Kanada yığmaları, həmçinin Bosniya və Herseqovina ilə Qətər milliləri üz-üzə gələcəklər. Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. İki turdan sonra B qrupunda Kanada və İsveçrə komandaları 4 xal toplayaraq birinci və ikinci yerləri bölüşürlər. Aktivlərində cəmi bir xal olan Bosniya və Herseqovina və Qətər komandaları isə müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar. C qrupunda isə Şotlandiya Braziliya ilə, Mərakeş isə Haiti ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 25-də Bakı vaxtı ilə saat 02:00-da başlayacaq. C qrupunda iki turdan sonra 4 xalla Braziliya və Mərakeş milliləri birinci və ikinci yerlərin sahibidirlər, Şotlandiya 3 xalla üçüncü, xalı olmayan Haiti isə sonuncu pillədədir. A qrupunun həlledici mübarizəsində isə iyunun 25-də saat 05:00-da Çexiya Meksika ilə, CAR Cənubi Koreya ilə vacib xallar uğrunda meydanda gücünü sınayacaq. A qrupunun turnir cədvəlinə gəldikdə isə, Meksika 6 xalla liderdir, Cənubi Koreya 3 xalla ikinci yerdədir, Çexiya və CAR bir xalla üçüncü və dördüncü yerləri bölüşürlər. Dünya çempionatı III tur 24 iyun B qrupu 23:00. İsveçrə - Kanada; 23:00. Bosniya və Herseqovina - Qətər. 25 iyun C qrupu 02:00. Şotlandiya - Braziliya; 02:00. Mərakeş - Haiti. A qrupu 05:00. Çexiya - Meksika; 05:00. CAR - Cənubi Koreya. Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər