İdman

Didye Deşamın anası vəfat etdi

24 Jun 2026, 01:46 2 baxış
Didye Deşamın anası vəfat etdi
Fransa millisinin baş məşqçisi Didye Deşamın anası vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, mütəxəssis 2026-cı il dünya çempionatı zamanı milli komandanın ABŞ-də yerləşən düşərgəsini tərk edəcək. Məşqçi doğmalarına mümkün qədər yaxın olmaq və dəfn mərasimində iştirak etmək üçün Fransaya qayıdır. Təcrübəli mütəxəssis iyunun 26-da millinin qrup mərhələsindəki son oyunu olan Norveçlə qarşılaşmada məşqçi skamyasında əyləşə bilməyəcək. Didye Deşam geri dönənə qədər komandanı idarə etməyi köməkçisi Qi Stefana tapşırıb. Qeyd edək ki, 2-ci turdan sonra Fransa seçməsi altı xal toplayıb və I qrupunun turnir cədvəlinə başçılıq edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər