İdman

Qalibə Dünya Kubokunu Tramp təqdim edəcək

23 Jun 2026, 23:20 2 baxış
Qalibə Dünya Kubokunu Tramp təqdim edəcək

2026-cı il futbol üzrə dünya çempionatının qaliblərinə kuboku Beynəlxalq Futbol Federasiyasının (FİFA) Prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək.


Axar.az xəbər verir ki, bu barədə FİFA rəhbəri "Foks Nyus" telekanalının efirində bildirib.


"Biz prezidentlə birgə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Biz həmişə birlikdəyik", - İnfantino deyib.


Qeyd edək ki, dünya çempionatı Meksika, ABŞ və Kanadada keçirilir. Turnirdə ilk dəfədir ki, 48 komanda iştirak edir. Turnirin finalı iyulun 19-da İst-Raterforddakı (ABŞ-ın Nyu-Cersi ştatı) "Metlayf" stadionunda keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər