İdman
Ronaldu adını mundiallar tarixinə yazdırdı
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu tarixdə ilk dəfə olaraq altı dünya çempionatında qol vuran oyunçu olub. Oxu.Az bu barədə RBC-ya istinadən xəbər verir. 41 yaşlı Ronaldu DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Özbəkistan millisinə qarşı keçirilən matçın 6-cı dəqiqəsində fərqlənib. Portuqaliyalı oyunçu bununla da böyük turnirlərdəki on matçlıq qolsuzluq seriyasına son qoyub. DÇ-2026 portuqaliyalı hücumçu üçün karyerasında altıncı dünya çempionatıdır. Eyni göstərici argentinalı hücumçu Lionel Messiyə də məxsusdur, lakin Messi yalnız beş mundialda qol vura bilib - o, 2010-cu ildə rəqib qapılarına yol tapa bilməmişdi.
Mənbə
oxu.az