İdman

Olise qadağan olunmuş tütündən istifadədə şübhəli bilinir - FOTO

23 Jun 2026, 20:24 1 baxış
Olise qadağan olunmuş tütündən istifadədə şübhəli bilinir - FOTO
"Bavariya"nın və Fransa millisinin ulduz futbolçusu Maykl Olise snus (çəkilməyən tütün məmulatı - red.) istifadəsində şübhəli bilinərək diqqət mərkəzinə düşüb. Oxu.Az Haberler.com-a istinadən xəbər verir ki, "üçrənglilər"in paltardəyişmə otağından internetə sızan fotolar böyük müzakirələrə səbəb olub. Belə ki, azarkeşlər vingerin şəxsi əşyalarının yanında tüstüsüz tütün məmulatı olan qutu fərq ediblər. Fanatlar xüsusilə vurğulayıblar ki, snus satışı həm Fransada, həm də Olisenin hazırda çıxış etdiyi Almaniyada qanunla qadağan olunub.
Xatırladaq ki, bir müddət əvvəl Olise 2026-cı il dünya çempionatının ən yaxşı futbolçusu adına iddialılar siyahısında üçüncü pillədə qərarlaşmışdı. Fransalı oyunçu həmin turnirdə iki qarşılaşmada meydana çıxaraq öz aktivinə üç məhsuldar ötürmə yazdırıb.
Olise qadağan olunmuş tütündən istifadədə şübhəli bilinir - FOTO Olise qadağan olunmuş tütündən istifadədə şübhəli bilinir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər