Digər

Ukraynanın məhv etdiyi neft emalı zavodlarının sayı...

22 May 2026, 16:30 8 baxış
Ukraynanın məhv etdiyi neft emalı zavodlarının sayı...

Ukrayna Rusiyanın Avropa hissəsindəki bütün əsas neft emalı zavodlarına hücum edib.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Məlumata görə, ildə 1 milyon tondan çox neft emalı gücünə malik 33 zavoddan ən azı 24-ü hücuma məruz qalıb:


“158 hücumun həyata keçirildiyi təxmin edilir. 10 milyon tondan çox tutuma malik 11 ən böyük neft emalı zavodundan 9-na hücum olunub. Uralın kənarında yerləşən yalnız iki böyük neft emalı zavodu - Omsk və Anqarsk hücumdan yayına bilib. Bəzi neft emalı zavodlarına 10-15 dəfə hücum edilib. Ötən gecə isə Ukrayna ordusu Yaroslavldakı neft emalı zavodunu hücuma məruz qoyub. Mayın 20-si gecəsi baş verən hücumdan sonra Nijeqorod neft emalı zavodu fəaliyyətini dayandırıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər