Dünya

ABŞ "Tomahawk" raketlərinin istehsalını 16 dəfədən çox artıracaq

18 Aug 2026, 06:18 3 baxış
ABŞ "Tomahawk" raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
ABŞ Hərbi Dəniz Qüvvələri "Tomahawk" qanadlı raketlərinin istehsalını əhəmiyyətli dərəcədə artırmaq üçün "Raytheon" şirkəti ilə 22.9 milyard dollar dəyərində yeddiillik müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Saziş çərçivəsində "Raytheon" "Tomahawk" raketlərinin illik istehsalını hazırkı təxminən 60 raketdən 1 000-dən çox raket səviyyəsinə qaldırmalıdır. ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hunq Kao bildirib ki, ABŞ hakimiyyəti hərbçiləri zəruri dəqiq silah ehtiyatları ilə təmin etmək üçün müdafiə şirkətlərini sursat istehsalını sürətləndirməyə çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər