Digər
Hücum təhlükəsi: Moskvada festival təxirə salındı
Moskvada böyük hərbi-musiqi festivalı başlamasına dörd gün qalmış ləğv edilib.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Bildirilib ki, bu qərar Ukrayna dronlarının mümkün hücumları ilə əlaqədardır.
Festival 2027-ci ilə təxirə salınıb.
Qeyd edək ki, Beynəlxalq Hərbi-Musiqi Festivalı “Spasskaya Başnya” 2007-ci ildən Prezident Vladimir Putinin şəxsi göstərişi ilə Moskvada, Qızıl Meydanda keçirilir. Festival hər il minlərlə ziyarətçi cəlb edir və onlarla hərbi orkestri bir araya gətirir.
Mənbə
axar.az