Dünya

Bir fincan çay 66 yaşlı britaniyalının həyatını xilas etdi

18 Aug 2026, 06:42 2 baxış
Bir fincan çay 66 yaşlı britaniyalının həyatını xilas etdi
Britaniya sakini, 66 yaşlı Kolin Hodckinson 2025-ci ildən etibarən udqunma çətinliyi və boğaz ağrısından əziyyət çəkirdi. O, dəfələrlə həkim müayinəsindən keçsə də, mütəxəssislər narahatlığın əsl səbəbini müəyyən edə bilməyib və ona dəfələrlə antibiotik təyin ediblər. Xəstəliyin dəqiq diaqnozunun müəyyənləşdirilməsinə isə qızı Konninin ona verdiyi bir fincan çay səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Ötən ilin dekabrında pnevmoniya müalicəsindən sonra xəstəxanadan evə buraxılan Kolin qızının evinə gedib. O, qızının çay təklifini qəbul edib. Bu zaman kişidə növbəti boğulma tutması baş verib. Çayın yerə tökülməməsi üçün mətbəxə qaçan Kolin qəfildən huşunu itirərək yıxılıb və başını radiatora çırpıb. Başından xəsarət alan kişi tikiş qoyulması üçün təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər burada ondan analizlər götürüb, MRT və biopsiya müayinələri aparıblar. Müayinələrin nəticəsində Kolində boğaz xərçənginin bir növü olan orofaringeal karsinoma aşkarlanıb. Hazırda Kolin Hodckinsonun ailəsi onun müalicə xərclərini qarşılamaq üçün vəsait toplayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər