Digər

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

18 Aug 2026, 01:30 2 baxış
Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə sazişi NATO-nun birgə müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər bəndi də əhatə edir.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


“NATO-nun 5-ci maddəsi nələri ehtiva edirsə, hazırda burada mövcud olan birgə müdafiə anlayışı da eyni şəkildə istənilən problemin yaranması halında bu üç ölkənin lazımi addımı birlikdə atmaq imkanının olmasını nəzərdə tutur. Bu, Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Pakistana qarşı ola bilər. Hansına qarşı olmasından asılı olmayaraq, bu üç ölkədən birinə istənilən hücum baş verərsə, ortaq müdafiə paktı olduğu üçün bu üç ölkə bir-birini istənilən hücuma qarşı müdafiə etmək üçün lazımi addımları atmaq imkanına malikdir”, - Ərdoğan qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər