Digər

Oman da Hörmüz rüsumlarından pay alacaq - KİV

22 May 2026, 12:18 7 baxış
Oman da Hörmüz rüsumlarından pay alacaq - KİV

İran Omanla Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması məsələsi barədə danışıqlar aparıb. ABŞ-ın müttəfiqi olan körfəz dövləti də bu gəlirlərdən pay ala bilər.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” iranlı rəsmilərə istinadla məlumat yayıb.


“Müzakirələr “toll” - yəni keçidin özü üçün alınan və beynəlxalq hüquqa görə qanunsuz sayılan ödənişlərdən yox, “fee” - yəni tranzit edən gəmilərə göstərilən xidmətlərə görə tətbiq olunan rüsumlardan gedir.


ABŞ-ın müttəfiqi olan Oman əvvəlcə İranla boğaz məsələsində tərəfdaşlıq ideyasını rədd etmişdi. Lakin sonradan Maskat rəhbərliyi bu planın ölkəyə fayda verə biləcəyini anlayıb və təşəbbüsü körfəz qonşuları, eləcə də ABŞ-la irəli aparmağa hazır olduğunu bildirib”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər