Digər

ABŞ 8 livanlıya sanksiya tətbiq edəcək

21 May 2026, 23:06 7 baxış
ABŞ 8 livanlıya sanksiya tətbiq edəcək

ABŞ Hizbullahla əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik məmuruna qarşı sanksiyalar tətbiq edəcək.


Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentindəki mənbə "Əl-Cəzirə"yə bildirib.


"Məhdudiyyətlərin hədəfində olanlar Hizbullahın tərk-silah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər", - məlumatda qeyd olunur.


Sanksiyalara Livanın 8 vətəndaşı və İranın 1 diplomatı məruz qalacaq.


Onların arasında parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musəvi, Hüseyn Həcc Həsən və keçmiş nazir Məhəmməd Fneiş də var.

Mənbə axar.az

Oxşar Xəbərlər