Digər
Radev Bolqarıstanın yeni baş naziri oldu
"Mütərəqqi Bolqarıstan" koalisiyasının lideri Rumen Radev Bolqarıstanın yeni Baş naziri seçilib.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Məclisi məlumat yayıb.
“Parlament üzvləri həmçinin onun Nazirlər Şurası üçün təklif etdiyi strukturu təsdiqləyib və hökumət üzvlərini seçiblər.
Rumen Radevin Bolqarıstanın Baş naziri vəzifəsinə namizədliyini 124 deputat dəstəkləyib, 70 nəfər əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, aprelin 19-da keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.
Mənbə
axar.az