Digər

Rusiyada bu binaya hücum edildi, 13 hava limanı bağlandı

08 May 2026, 11:15 1 baxış
Rusiyada bu binaya hücum edildi, 13 hava limanı bağlandı

Ukrayna PUA-larının Rostovda Rusiya Cənubi Hava Naviqasiya şöbəsinin inzibati binasına zərbəsindən sonra Rusiyanın cənubundakı 13 hava limanı fəaliyyətini dayandırıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.


"Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - məlumatda deyilib.


Qeyd olunub ki, Rusiya Nəqliyyat Nazirliyi və Federal Hava Nəqliyyatı Agentliyi aviaşirkətlər, eləcə də hava limanları ilə birlikdə uçuş cədvəllərinə düzəlişlər edir.


Xatırladaq ki, bundan öncə Qroznıya hücum edildiyi haqda məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər