Digər

Seçki kampaniyası başladı, Paşinyan məzuniyyətə çıxdı

08 May 2026, 10:32 1 baxış
Seçki kampaniyası başladı, Paşinyan məzuniyyətə çıxdı

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ilə bağlı seçki kampaniyası rəsmi olaraq mayın 8-də başlayıb.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.


Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 17 partiya və 2 blok daxil olmaqla 19 siyasi qüvvəni qeydə alıb:


"Kampaniya 5 iyuna kimi davam edəcək".


Qeyd edək ki, Nikol Paşinyan seçki kampaniyasında iştirak etmək üçün bu gün məzuniyyətə çıxıb və səlahiyyətlərinin icrasını dayandırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər