Digər
Pakistanda atışma: iki uşaq həlak oldu
Pakistanın Xayber-Paxtunxva vilayətinin Bacaur rayonunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma nəticəsində iki uşaq həlak olub, dörd nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən "Dawn" qəzeti məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri Vara-Mamund ərazisində ehtimal edilən yaraqlıların axtarışı üzrə əməliyyat keçirərkən atışma baş verib.
Qeyd olunur ki, yaralılar tibbi yardım göstərilməsi üçün Xardakı rayon xəstəxanasına çatdırılıblar. Tibb müəssisəsindən bildirilib ki, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.
Mənbə
axar.az