Digər

DÇ-2026-nın rəsmi himni: Şakira geri döndü - Video

07 May 2026, 23:51 1 baxış
DÇ-2026-nın rəsmi himni: Şakira geri döndü - Video

Kolumbiyalı məşhur müğənni Şakira növbəti dəfə futbol üzrə dünya çempionatının rəsmi himninin ifaçısı seçilib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, mayın 7-də pop ulduz nigeriyalı müğənni Burna Boy ilə birlikdə ifa etdiyi DÇ-2026-nın rəsmi mahnısı olan “Dai Dai” trekindən qısa hissəni sosial şəbəkə hesablarında paylaşıb.


Mahnının rəsmi təqdimatı mayın 14-nə planlaşdırılıb. “Dai Dai” üçün çəkilən klip Braziliyanın məşhur Marakana stadionunda lentə alınıb.


Xatırladaq ki, Şakira bundan əvvəl 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının rəsmi himni olan “Waka Waka” (This Time for Africa) mahnısını da ifa etmişdi.

DÇ-2026-nın rəsmi himni: Şakira geri döndü - Video
Mənbə axar.az

Oxşar Xəbərlər