Digər

Livanda ölənlərin sayı 2727-yə çatdı

07 May 2026, 22:29 1 baxış
Livanda ölənlərin sayı 2727-yə çatdı

Son sutka ərzində İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.


Axar.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi X sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.


"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2727-yə, yaralıların sayı isə 8438-ə çatıb", - məlumatda qeyd olunub.


Nazirlikdən bildirilib ki, bu gün Nəbatiyyə şəhəri və onun ətrafı intensiv bombardmana məruz qalıb, xilasedicilər dağıntıları təmizləməklə məşğuldurlar.


Qurbanların sayının artacağı istisna edilmir.

Mənbə axar.az

Oxşar Xəbərlər