Digər
Putinin Alayının 61 əsgəri öldürüldü - Etiraf
Rusiya Prezident Alayının keçmiş hərbçiləri “xüsusi hərbi əməliyyatda” iştirak edirlər və onlardan 61-i həlak olub.
Axar.az xəbər verir ki, bu barədə rusiyalı polkovnik-leytenant Denis Varennikov jurnalistlərə bildirib.
"Təəssüf ki, itkilər var. Hazırda Kremlin 61 əsgərinin öldürüldüyünü bilirik", - Varennikov deyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 8-10 may tarixləri arasında Qələbə Günü münasibətilə Ukraynadakı hərbi əməliyyatlarda atəşkəs elan edildiyini açıqlayıb.
Mənbə
axar.az