Rusiya "haqlı qəzəb" ifadə etdi - Erməni səfir çağırıldı
Mayın 7-də Ermənistanın Moskvadakı səfiri səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Erməni səfiri xarici işlər nazirinin müavini Mixail Qaluzin qəbul edib.
“Diplomatik missiyanın rəhbərinə Ermənistandakı Kiyev nasist rejiminin rəhbəri V.Zelenskinin AB-nin himayəsi altında keçirilən son tədbirlər çərçivəsində Rusiyaya qarşı terror təhdidləri etməsi üçün platforma təmin etməsinin qəti şəkildə qəbuledilməz olduğu bildirilib”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, Moskva bu məsələdə haqlı qəzəb ifadə edir və rəsmi İrəvan tərəfindən qeyd olunan qonağın belə parlaq davranışına lazımi mənfi qiymət verilməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlıq xarakterinə uyğunsuz hesab edir.
“Səfir Rusiya tərəfinin təqdim etdiyi mövqe barədə İrəvana hesabat verəcəyini deyib”, - açıqlamada xatırladılıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər etmişdi.