Digər

İlon Mask rekord məbləğdə vergi ödədi

07 May 2026, 20:18 1 baxış
İlon Mask rekord məbləğdə vergi ödədi

“SpeysX” şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.


“Mən bir il ərzində 10 milyard dollar vergi ödəmişəm, tarixdə mənim qədər çox vergi verən olmayıb”,- deyə Mask bildirib.


Maskın sözlərinə görə, o vəfat etdikdən sonra əmlaka görə əlavə 40 faiz həcmində daha bir vergi tutulacaq.


Milyarder hesab edir ki, ümumilikdə trilyonlarla dollar vergi ödənilməli olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər