Digər
Sabiq müdafiə nazirləri barədə edam hökmü...
Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenhe edam cəzasına məhkum ediliblər.
Axar.az xəbər verir ki, məlumatı “Xinhua“ agentliyi yayıb.
Bildirilib ki, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər.
Qeyd edək ki, hər iki general 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar.
Xatırladaq ki, Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenhe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar.
Mənbə
axar.az