Digər
Rusiyadan uçan dronlar Latviya ərazisinə düşdü - Video
Latviya ərazisinə bu gün bir neçə dron düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.
Məlumata görə, dronlardan ikisi Rezekne şəhərindəki neft bazasının ərazisinə düşüb. Hətta biri boş yanacaq çəninə çırpılıb.
Latviya Silahlı Qüvvələrindən bildirilib ki, dronlar Rusiya istiqamətindən uçub.
Mənbə
axar.az