Biz tam hazırıq, müzakirələri gözləyirik - Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta ilə Ukraynanın Avropa Birliyinə inteqrasiyası məsələlərini müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram hesabında məlumat paylaşıb.
“Ukraynanın Avropa Birliyinə qoşulması ilə bağlı bütün altı istiqamət üzrə danışıqların müzakirəsinə ayrıca diqqət yetirilir. Ölkəmiz texniki baxımdan tam hazırdır və bu ay və gələn ay ərzində müzakirələrin başlamasını gözləyir”, – o vurğulayıb.
O, həmçinin Koştaya 90 milyard avro həcmində kreditin blokdan çıxarılmasında göstərdiyi dəstəyə və şəxsi səylərinə görə təşəkkür edib.
“Vəsaitlərin mümkün qədər tez daxil olmağa başlaması və Ukraynanın qışa hazırlığına kömək etməsi vacib məsələdir”.