Digər

Avropa Trampdan mesaj alıb - Rutte

04 May 2026, 14:26 1 baxış
Avropa Trampdan mesaj alıb - Rutte

Avropa ölkələri ABŞ Prezidenti Donald Trampdan mesaj alıblar və indi hərbi bazaların istifadəsi ilə bağlı razılaşmaların həyata keçirilməsini təmin edirlər.


Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə açıqlamasında deyib.


“Bəli, ABŞ tərəfindən müəyyən məyusluqlar olub, amma avropalılar qulaq asıblar”, - o bildirib.


Qeyd edək ki, Tramp bəzi NATO ölkələrini İrana qarşı müharibədə ABŞ-ı dəstəkləmək üçün kifayət qədər iş görməməkdə günahlandırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər