Digər
Uitkoff: ABŞ İranla danışıqları davam etdirir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun İranla sülh nizamlanması üzrə müzakirələri davam etdirdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Uitkoff CNN telekanalına müsahibəsində danışıb.
O, danışıqların hazırkı vəziyyəti ilə bağlı suala cavab olaraq bildirib ki, tərəflər arasında əlaqə hələ də davam edir.
Qeyd edək ki, Tramp İranın 14 bəndlik sülh planını rədd etdiyini açıqlayıb.
Mənbə
axar.az