Digər
Leninqrada kütləvi hücum: Hava limanı bağlandı - Video
Mayın 3-də Rusiyanın Leninqrad vilayətinə kütləvi PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Primorsk limanı da zədələnib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, sutka ərzində Leninqrad vilayəti üzərində 59 PUA vurulub.
Hücumlar səbəbindən Pulkovo hava limanının fəaliyyətinin dayandırıldığı bildirilir.
Mənbə
axar.az