Digər

ABŞ-İran danışıqlarında yeni nümayəndə: Kuşner dəvət etdi

03 May 2026, 00:59 1 baxış
ABŞ-İran danışıqlarında yeni nümayəndə: Kuşner dəvət etdi

ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner İranla danışıqlar aparan komandaya keçmiş lobbiçi Nik Stüartı daxil edib.


Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” amerikalı rəsmi mənbələrə istinadən məlumat yayıb.


Məlumatına görə, Stüart Trampın prezidentliyinin ilk dövründə Dövlət Departamentində çalışıb.


Bildirilib ki, o, aprel ayında Pakistanın paytaxtı İslamabadda keçirilən və uğursuzluqla nəticələnən danışıqlar mərhələsindən əvvəl komandaya əlavə edilib.


Qeyd edək ki, Stüart daha əvvəl “Demokratiyaların Müdafiəsi Fondu”nun maraqları üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub. Həmin təşkilat İran əleyhinə hərbi əməliyyatlara dəstək verib.

Mənbə axar.az

Oxşar Xəbərlər