Digər

Əsas təhlükə xarici düşmənlər deyil - Tusk

03 May 2026, 00:04 1 baxış
Əsas təhlükə xarici düşmənlər deyil - Tusk

Polşanın Baş naziri Donald Tusk Transatlantik cəmiyyət üçün əsas təhlükənin NATO-nun parçalanması olduğunu bildirib.


Axar.az xəbər verir ki, bu barədə Tusk öz sosial media hesabında paylaşım edib.


Onun sözlərinə görə, Transatlantik birliyə ən böyük təhdid xarici düşmənlər deyil, alyans daxilində davam edən dağılma prosesidir:


“Təhlükə xaricdən gələnlər deyil, bizim alyansımız daxilində davam edən parçalanmadır. Bu faciəvi tendensiyanın qarşısını almaq üçün bütün zəruri addımlar atılmalıdır”.


Qeyd edək ki, NATO son dövrlərdə üzv ölkələr arasında fikir ayrılıqları fonunda müxtəlif siyasi çağırışlarla gündəmə gəlir.

Mənbə axar.az

Oxşar Xəbərlər