Digər
Silahlılar tankeri ələ keçirdi, istiqaməti dəyişdilər
"M/T Eureka" tankeri Yəmən sahillərində naməlum silahlılar tərəfindən ələ keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Yəmən Sahil Mühafizəsi məlumat yayıb.
Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə yönləndirilib.
Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.
Mənbə
axar.az