Digər

Planı Pakistana təqdim etdik, seçim ABŞ-ındır - Tehran

02 May 2026, 21:38 1 baxış
Planı Pakistana təqdim etdik, seçim ABŞ-ındır - Tehran

Müharibənin başa çatdırılması planı Pakistana təqdim olunub, indi top Vaşinqtondadır.


Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.


Onun sözlərinə görə, İran münaqişənin vasitəçisi qismində çıxış edən Pakistana müharibənin tam dayandırılması üçün öz planını təqdim edib:


“İndi top Amerikadadır: ya diplomatiya yolunu seçmək, ya da qarşıdurma kursunu davam etdirmək... Tehran hər iki ssenariyə hazırdır, o cümlədən mümkün hücumların dəf edilməsinə, lakin milli maraqlara əsaslanaraq danışıqlara sadiq qalır”.

Mənbə axar.az

Oxşar Xəbərlər