Digər

Rusiya Xarkov və Zaporojyedə qaz obyektlərini vurdu

02 May 2026, 20:02 1 baxış
Rusiya Xarkov və Zaporojyedə qaz obyektlərini vurdu

Rusiya ordusu Xarkov və Zaporojyedəki qaz obyektlərinə zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə "Naftoqaz"ın İdarə Heyətinin sədri Sergey Koretski məlumat verib.


O qeyd edib ki, artıq ikinci gündür rus hərbçiləri "Naftoqaz"ın infrastrukturuna hücum edir:


“Ötən gün Xarkov vilayətində qaz hasilatı obyekti atəşə tutulub, avadanlıqlar zədələnib. Şirkətin mütəxəssisləri hadisə yerində işləyir.


Bu gün isə aviabombanın düşməsindən sonra Zaporojyedə qaz kəməri zədələnib”.

Mənbə axar.az

Oxşar Xəbərlər