Digər

AP-nin bu cəhdləri cəzasız qalmayacaq - Karayel

02 May 2026, 19:20 1 baxış
AP-nin bu cəhdləri cəzasız qalmayacaq - Karayel

Avropa Birliyinin dəstəyini alaraq və qərəzli ritorikadan istifadə edərək müəyyən dairələr tərəfindən Kiprdəki gərginliyi beynəlxalq problem səviyyəsinə qaldırmaq istəyi göz qabağındadır.


Axar.az xəbər verir ki, bunu Türkiyə-AB Parlamentlərarası Komissiyasındakı Türkiyə qrupunun sədri İsmayıl Əmrah Karayel Avropa Parlamentində Kiprlə bağlı faktların təhrif olunmasını pisləyərkən bildirib.


Parlament üzvü beynəlxalq ictimaiyyəti Kipr məsələsində prinsipial, ədalətli və aydın mövqe tutmağa çağırıb:


“Kipr türklərini görməzdən gəlmək, onların hüquqlarını saymamaq və ya Lefkoşaya hücum etmək cəhdləri cəzasız qalmayacaq. Bütün tərəflər məsuliyyətlə davranmalı və təxribatçı hərəkətlərdən çəkinməlidirlər”.

Mənbə axar.az

Oxşar Xəbərlər