Digər
Məşhur general professor oldu
Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib. Oxu.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov "professor" elmi adı alıb. Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib. General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi. Qeyd edək ki, "Hərbi bilik" jurnalının redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub.
Mənbə
oxu.az