Digər

ABŞ 5 min hərbçisini bu ölkədən çıxarır

02 May 2026, 09:54 1 baxış
ABŞ 5 min hərbçisini bu ölkədən çıxarır

ABŞ hərbi naziri Pit Heqset Almaniyadan 5000 ABŞ hərbçisinin çıxarılması ilə bağlı əmr imzalayıb.


Axar.az “Röyters“ə istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnel bildirib.


O qeyd edib ki, Almaniyadan 5000 ABŞ hərbçisinin çıxarılması 6-12 ay ərzində başa çatacaq.


Qeyd edək ki, daha əvvəl Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ qoşunlarının ölkəsindən çıxarılmasına təmkinli yanaşdıqlarını açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər