Digər

Xamenei Fars körfəzində yeni qaydalar müəyyən edəcək

02 May 2026, 00:12 1 baxış
Xamenei Fars körfəzində yeni qaydalar müəyyən edəcək

Fars körfəzinin idarə olunması ilə bağlı yeni qaydalar İranın ali rəhbəri Müctəba Xamenei tərəfindən müəyyən ediləcək.


Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.


“Fars körfəzinin idarə olunması üzrə yeni qaydalar və şərtlər ali rəhbərin rəhbərliyi altında müəyyən ediləcək və həyata keçiriləcək”, – məlumatda bildirilib.


SEPAH vurğulayıb ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri İranın Fars körfəzi və Hörmüz boğazı boyunca təxminən 2 min kilometr sahil xəttinə nəzarət edəcək və bu su hövzəsini İran xalqı üçün “yaşayış mənbəyinə”, həmçinin regionun “təhlükəsizliyi və rifahının mənbəyinə” çevirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər